Respublika Gənclər Kitabxanasında gənc yazarlarla görüş keçirilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gəncliyin səsi” festivalı çərçivəsində gənc yazarlar İntiqam Yaşar, Emil Rasimoğlu və Tural Turan görüş təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev festival barədə ətraflı məlumat verərək ənənəvi festival günlərində yaradıcı gənclərin iştirakı ilə konsertlər, görüşlər, sərgilər təşkil olunduğunu bildirib.

Hər il bir neçə gənc yazarın Prezident təqaüdünə layiq görüldüyünü vurğulayan E.Əliyev diqqətə çatdırıb ki, müxtəlif sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi ölkə başçısının gəncliyə və gənclərə diqqət və qayğısının bariz nümunəsidir.

Çıxış edənlər bildiriblər ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festival paytaxtla yanaşı, bölgələri də əhatə edən layihə gənclərin özlərini tanıtmaq, potensiallarını nümayiş etdirmək baxımından təqdirəlayiqdir.

Tədbirdə ASAN Könüllüləri Gənclər Təşkilatının üzvləri də iştirak etmişdir. Görüşdə gənc yazarlar öz şerlərini səsləndirmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmış və onlara imzalı kitablarını hədiyyə etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.