Azərbaycanın Abu-Dabi Dayanalıqlı Həftəsində iştirakı ikitərəfli əlaqələrin inkişafına təkan verir

İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan Respublikasını Birləşmiş Ərəb Əmirliyi ilə bir sıra amillər bağlayır. Ortaq tarix, mədəniyyət və ənənələr xalqlarımız arasında mənəvi körpü rolunu oynayır. Səudiyyə Ərəbistanı ilə əməkdaşlığımız məhz Ulu Öndərin uzaqgörən xarici siyasəti nəticəsində bu gün ən yüksək səviyyəsinə çatıb. Ulu Öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurlu diplomatik addımları nəticəsində bu əlaqələr yüksələn sürətlə inkişaf etməkdədir. Bu günədək, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliyi arasında əməkdaşlığa dair bir çox sənədlər imzalanıb.

Birləşmiş Ərəb Əmirliyi həmişə Ermənistanın təcavüzünə məruz qalan ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş və bütün beynəlxalq tribunalarda problemin beynəlxalq hüquq normalarına uyğun olaraq həllini müdafiə etmişdir. 44 günlük müharibə zamanı rəsmi Ər-Riyad Azərbaycanın qanuni hüquqlarına dəstək mövqeyini bəyan edərək, münaqişənin BMT və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinə uyğun həllinə tərəfdar olduğunu bütün dünyaya çatdırmışdır.
Məlum olduğu kimi 2023-cü il yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəf alaraq, bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip – qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyev tədbirdə iştirak edərək ikitərəfli əlaqələrə verdiyi önəmi ifadə etmişdir.

Sözsüz ki, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.

Neft-qaz yataqları ilə zəngin olan dövlətimiz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyə istiqamətlənir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəni dünyanın diqqət mərkəzinə çevirmişdir. Bir il öncə, 2020-ci ilin yanvarında 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, martda isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlinin qoyulması dövlətimizin zəngin potensialı nəticəsində əldə edilən uğurlara nümunədir. Onu da qeyd etsək yerinə düşər ki, “Qaradağ” Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə tanınmış “Masdar” şirkəti tərəfindən inşa edilir. Bu hadisə bütövlükdə Azərbaycan – Birləşmiş Ərəb Əmirliyi münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan ölkəmiz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu istiqamətdə reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.

Son zamanlar Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri münasibətləri həyatın bütün sahələrində müsbət, normal axar ilə inkişaf edir. Şübhə yox ki, hər il dost, qardaş Səudiyyə xalqı özünün dövlət bayramını yeni uğurlarla qeyd edəcək. Qarşılıqlı münasibətlərin daha da güclənməsi Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə sülh və təhlükəsizlik işinə xidmət edəcəkdir.

Azad Bayramov, professor,
ADAU-nun İctimai fənlər kafedrasının müdiri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.