Gəncədə Yeni Motoklub fəaliyyətə başlayıb

Gəncədə Yeni Motoklub fəaliyyətə başlayıb.
 Bir qrup təşəbbüskar gənc motosikl sahəsində müşahidə olunan problemləri həll etmək üçün bu nəqliyyat vasitəsinin həvəskarlarını bir araya toplayaraq, maarifləndirici kurslar keçməyə başlayıb.
Kurslar 3 ay müddətində, həftədə 2 saat müddətində keçiriləcək.
Görüşlərin hər biri müxtəlif mövzuları əhatə edəcək. Mövzular geyim, təhlükəsizlik qaydaları, yol hərəkəti qaydaları, motomədəniyyət və s. olacaq. Bundan başqa, kurs iştirakçıları üçün əlavə olaraq, özünüinkişaf proqramları və müxtəlif bacarıqların artırılmasına yönəlmiş bir sıra təlimlər keçiriləcək.
Kursun yekununda Gəncə Motosikletçilər Birliyinin təsis olunması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.