Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Noyabrın 20-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən test imtahanı mərhələsində iştirakı nəzərdə tutulan 111 namizəddən 103 nəfəri iştirak edib.
Qeyd edək ki, imtahan zamanı namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim olunub.