Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi mayor Ramin Mustafayev və hərbi hissənin şəxsi heyyəti iştirak ediblər.Çıxışlarda ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri barədə məlumat verilib. Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.Çıxışlardan sonra DQİDK-nın sifarisi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.