Millət vəkilindən SÜLH ÇAĞIRIŞI: “Bütün dünya səylərini birləşdirməlidir”

“Onların məqsədinin nədən ibraət olduğunun önəmini mən görmürəm. Əsas məsələ təcili olaraq, hərbi əməliyyatların dayandırılmasıdır. Bütün dünya bu istiqamətdə mütləq şəkildə səylərini birləşdirməlidir. Ukraynada humanitar faciə baş verir”.

Bu fikirləriBizim.Media-ya müsahibəsində millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

Belə ki, Rusiyanın hərbi əməliyyatlarda əsas məqsədinin Zelenskini Yanukoviçlə əvəz etmək olduğu ilə bağl fikirlərə münasibət bildirən millət vəkili ilk növbədə hərbi əməliyyatların dayandırılmasının vacibliyindən danışıb.
Asim Mollazadə Ukraynada yaşanan humanitar böhrana Azərbaycanın yardım əli uzatmasını da vurğulayıb:

“Azərbaycan xalqı öz tarixində bu cür faciələrlə üzləşdiyindən Ukrayna xalqının ağrısını bölüşür. Azərbaycan Ukraynaya həm dövlət, həm də xalq səviyyəsində humanitar dəstək verir. Rəsmi Bakı danışıqlar üçün öz vasitəçiliyini də təklif edib”.

Millət vəkili sülhün bərqərar olunması üçün səylərin birləşdirilməsinin əhəmiyyətini də diqqətə çatdırıb:

“Bu əməliyyatlar mütləq təcili sürətdə dayandırılmalı, beynəlxalq hüquq normaları bərqərar olmalıdır. Ukrayna müstəqil dövlətdir və biz onun ərazi bütövlüyünü qəbul edirik. Düşünürəm ki, bütün dünyanın səyləri əməliyyatları dayandıraraq humanitar faciənin qarşısını almaqdan ibarət olmalıdır”.

Murad Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.