Emin Əmrullayev: Təhsil Nazirliyi cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazırdır

Təhsil Nazirliyi cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazırdır.

Bunu təhsil naziri Emin Əmrullayev “Təhsilə ictimai baxış” silsiləsindən “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda təşkil olunan müzakirələr zamanı deyib.

O bildirib ki, məktəblərdə olan neqativ halları bu qədər şişirtmək arzuolunan deyil. Bizim uğurlu, olimpiadalarda yüksək nəticələr göstərən şagirdlərimiz var. Onlar da bizim məktəblərin şagirdlərdir. Əsas məqsəd yüksək bal toplayan şagird yetişdirməklə yanaşı, həm də cəmiyyətə yararlı vətəndaş hazırlamaqdır.

Qeyd edək ki, “Təhsilə ictimai baxış” silsilə müzakirələrin təşkilində məqsəd bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir.(Azertag.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.