Gəncədə “Yaşayır Ulu Öndər” adlı tədbir keçirilib

10 dekabr 2021-ci il tarixində Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar gənclərin iştirakı ilə “Yaşayır Ulu Öndər” adlı tədbir keçirilib.
Tədbir Ulu Öndərin abidəsinin önünə tər çiçəklər düzülərək, əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və kollektivi, Gəncə Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Amil Qurbanov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin rəhbəri Seymur Vəliyev, Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova, 100-ə yaxın fəal gənc və könüllülər iştirak ediblər.
Tədbirdə cıxış edən natiqlər ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib.
Onlar qeyd ediblər ki, Ulu Öndərin xalqa və Vətənə sonsuz sevgisi, Azərbaycan dövlətçiliyinə hədsiz sədaqəti indiki və gələcək nəsillərə örnək, ölkəmizin davamlı inkişafını təmin edən böyük məktəbdir.
Həmçinin əlavə olunub ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi Ümummilli Liderin ən böyük arzusi idi. Müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti, mükəmməl sərkərdəlik bacarığı və illərdir formalaşdırılmış qüdrətli Ordumuzun yenilməz gücü sayəsində Ulu Öndərin bu vəsiyyəti reallaşdı.
Tədbir çərçivəsində Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.
Mərkəzin elmi işçisi Gülər Ellazova və bələdçisi Sevinc Bədəlova qonaqları Xatirə Muzeyi ilə tanış edib. Tədbirdə Ulu Öndərin həyatı və fəaliyyəti haqqında gənclərə geniş məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.