Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Seçkilərdə Etibar Əliyev, İlqar Orucov, Mirzə Cəfərzadə, Rüfət Əsədzadə və Günel Səfərova secicilərin əksəriyyətinin səsini alaraq İctimai Şuraya seçilmişlər.
Şura üzvlüyünə digər 4 nəfər namizəd isə seçicilərin lazımı səsini ala bilmədiyindən, onların seçkisi növbəti mərhələyə saxlanılıb.
Səsvermənin nəticələrinə görə İlqar Orucov 53 səs, Etibar Əliyev 39 səs, Rüfət Əsədzadə 36 səs, Mirzə Cəfərzadə 35 səs, Günel Səfərova 34 səs almaqla ilkin mərhələdə Şuraya üzv seçilmişlər.
Xatırladırıq ki, Təhsil Nazirliyi yanında İctimai Şuraya 9 nəfərin secilməsi nəzərdə tutulmuşdu.