“Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsi çərçivəsində respublikamızın bütün bölgələrindən yüzlərlə növbəti şagird qrupları layihəyə qoşulub. Onların sırasında Gəncə məktəbliləri də vardır.
Layihədə regionlarda yaşayan aztəminatlı ailələrin övladları, Şəhid övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya bir valideyni vəfat etmiş və o biri valideyninin əlilliyi olan məktəblilər iştirak edirlər.
Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin, onların dünyagörüşünün, bilik və bacarıqlarını artırmaq, məktəbliləri muzeylərin qızıl fondu ilə tanış etmək, şagirdlərə ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir.