Reqbi-7 üzrə Gəncə kuboku yarışı keçiriləcək

Oktyabrın 30-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş reqbi-7 üzrə Gəncə kuboku yarışı start götürəcək.

Yarış Gənclər və idman Nazirliyinin dəstəyi və Azərbaycan Reqbi Federasiyası, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər stadionunda baş tutacaq. Noyabrın 2-dək davam edəcək turnirdə 11 komandanın 2005-2006-cı il təvəllüdlü reqbiçilərin iştirakı nəzərdə tutub.

Mükafatçılara kubok,diplom və medallar təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.