Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialında Zəngilanın azad olunmasına həsr edilmiş ” Həsrətə son – Biz sənə qayıtdıq Zəngilan ” adlı şeir saatı keçirilib.
Tədbiri filialın böyük kitabxanaçısı Təranə Aslanova açaraq? iştirakçıları salamladı və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdikdən sonra qeyd edildi ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz qanı və canı bahasına otuz illik həsrətə son qoyaraq 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad etdi.
Dil ədəbiyyat müəllimi Radə İsmayılova qeyd etdi ki, Zəngilan rayonu 29 oktyabr 1993- cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi – dini abidə talan edilmişdir. Qələbəmizdən sonra Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi – mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi dini abidələrimiz də bərpa olunacaq.
Tədbirdə iştirak edən şagirdlər Ulduz Həsənovanın “Zəngilan”, Almaz Orucovanın “Mən gedirəm Zəngilana”, Zöhrə Əliyevanın ” Zəngilan bəzəkli bir dünya, gözəl bir aləm”, Məmməd Arazın “Ayağa dur Azərbaycan ” şerlərini söylədilər və sonda hamı bir ağızdan ” Sənə qələbə yaraşır Azərbaycan ” dedilər.
Tədbirə 24 saylı tam orta məktəbin müəllim və şagirdləri dəvət olunmuşdular.