Hadrut qəsəbəsinin azad edilməsindən 1 il ötür

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 1 il ötür. Hadrut oktyabrın 9-da erməni işğalçılarından azad edilib.

Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyini prezident İlham Əliyev həmin gün xalqa müraciətində elan edib.

Dövlət başçısı aparılan uğurlu əməliyyatla Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Sor kəndlərinin və Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib.

Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur. Keçirilən əməliyyat nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Qəhrəman əsgərlərimiz Hadrut əməliyyatları zamanı düşmənə əbədi dərs verib.

Müdafiə Nazirliyinin işğaldan azad olunan Hadrut qəsəbəsindən yayımladığı videogörüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.