Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq.
Cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə “Pfizer” peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib.
Beləliklə, yaşı 18-dən kiçik olan 12-15 yaşlı uşaqlar da peyvənd olunacaqlar. Bunun üçün hər iki valideynin razılığı şərtdir.
Valideynlərin isə uşaqların vaksinasiyası ilə bağlı fikirləri birmənalı deyil.
Qeyd edək ki, 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.