Valideynlərin nəzərinə: uşaqlar az tanınan virusa yoluxa bilərlər

Amerika Birləşmiş Ştatları, İsveçrə, Böyük Britaniya və Yaponiyada həkimlər uşaqlar arasında tənəffüs yolu xəstəliklərinə səbəb olan, az tanınan respirator-sinsitial virusa (RSV) kütləvi yoluxma hallarını qeydə alıblar.
Bu barədə BBC -i məlumat yayıb.

Alimlərin sözlərinə görə, COVID-19 pandemiyası respirator-sinsitial virusların (RSV) yayılmasına təsir edib və karantin tədbirlərinə görə uşaqlarda virusa qarşı immunitet inkişaf etməyib.

Qeyd edək ki, kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Həmin xəstəliklər zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir. Bu qrup xəstəliklərə: qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir.

Kəskin respirator virus infeksiyaları Yer üzərində ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir. Hesablamalara əsasən hər il dünyada 1 milyarddan çox insan bu xəstəliklərlə mübarizə aparır. Bunların 70 %-i körpələrin və uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəb yaşlı uşaqlar arasında olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.