Əhəd Abıyevə qarşı siyasi təxribatlar kimlər tərəfindən və nə üçün törədilir?

Müasir şəraitdə əhalinin, cəmiyyətin öz ictimai, mədəni və s. əlamətlərinə görə yekcins olan hissəsində təbəqələşmə prosesi sürətlə getdiyindən  insanlar çox vaxt müxalifətin süni surətdə gündəmə gətirdiyi siyasi oyunların  oyuncağına çevrilməkdədirlər. Artıq həyatımıza çağırılmamış qonaq kimi daxil olan siyasət insanların həyat fəaliyyətinin bütün sferalarına nüfuz və təsir etməkdədir. Dövlətimizin cəmiyyətdə və dövlət idarəçiliyi sistemində düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına can atmasına  baxmayaraq, müəyyən siyasi dairələr insanları dövlətin əleyhinə qaldırmaq, bununla da əhali arasında öz nüfuzlarını möhkəmlətməyə çalışmaqdadırlar. Bu isə cəmiyyətdə bir çox yanlış fikirlər yaratmaqdadır.

Bəs dövlətimizin və özünü müxalifət adlandıran siyasi qurumlar və təşkilatlar toplusunun istək və arzularında fərqlər nədən ibarətdir? Biz bunu dövləti təmsil edən bir məmur ilə dövlətimizə və dövlətçiliyimizə qarşı müxtəlif formada siyasi təxribatlara can atan siyasi qurumlardan birinin timsalında göstərməyə çalışacağıq.

Bu, çoxşahəli bir mövzudur və müxtəlif istiqamətlərdə müzakirələr aparmaq mümkündür. Bu dəfə biz yazını yalnız dövlətin yürütdüyü siyasətə sədaqətlə xidmət edən insanlara və onlara bu işdə manelər yaradan siyasi qüvvələrin əməllərinin törətdiyi fəsadlara həsr etməkdəyik. İyrənc ittihamlarla rastlaşan bu insanlar yerli icra hakimiyyəti aparatında və cəmiyyətdə yüksək mövqe tutmalarına baxmayaraq, özləri də haqsız ittihamlara məruz qalmaqdadırlar. Bu insanlardan biri Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevdir. O, mətbuatda ən çox adı çəkilən icra başçılarından biridir. Heç də təəccüblü deyildir ki, radikal müxalifəti təmsil edən müxtəlif siyasi dairələr və onların siyasi maraqlarına xidmət edən bir çox mətbuat nümayəndələri tərəfindən ona qarşı irəli sürülən çoxsaylı ittihamlardan hələ ki, heç biri öz təsdiqini tapmamışdır.

Siyasət insanlar tərəfindən onların maraqlarını təmin etmək üçün həyata keçirilir. Bu baxımdan da insanlar tərəfindən siyasi hadisələr törədilir, siyasi aktlar həyata keçirilir, bir sözlə, siyasi fəaliyyət göstərilir. Bu siyasət ayrı-ayrı şəxslər və şəxslər qrupu tərəfindən yerinə yetirilir. Lakin siyasətdə məqsədlər heç də həmişə eynilik təşkil etmir. Bunu illər ərzində görmüşük və bu gün də görməkdəyik. Buna əyani sübut olaraq bir qrup Daşkəsən rayon sakininin şəhid ailələri adından rayon icra başçısının əleyhinə Bakı şəhərində keçirilən siyasi aksiyanı göstərmək olar. Bu, dövlət əleyhinə simasız  təbliğatı ilə seçilən radikal siyasi qurumlar tərəfindən hazırlanıb, həyata keçirilmişdi və orada səsləndirilən ittihamlar da əsassız olduğu üçün öz təsdiqini tapmadı. Bunu biz internet kanallarında aksiya iştirakçıları olan bir qrup şəhid analarının dilindən də eşitdik. Şəhid analarını aldadılaraq, aksiyalara cəlb edilməsi qara üzlü siyasətçilərin əl atdığı ən alçaq, ən rəzil üsullardan sayılmalıdır.

Siyasət geniş məfhumdur. Bu çirkin oyunları hazırlayanlar  bu siyasətdə iştirak edən vasitələri  (aldanaraq onlara qoşulanları) idarə edənlərdir. Prosesdə sadə insanlar siyasi oyuncağa çevrilməklə, həm də bu oyunların hazırlanması və tətbiqində icraçılara çevrilmiş olurlar. Canlı siyasi vasitələr olan insanlar, öz maraqlarını təmin etmək üçün ayrı-ayrı sahələrdəki münasibətləri tənzimləyən normalar toplusu olan sənədləri və mövcud durumu heç də nəzərə almayaraq, özləri də bilmədən, qara qüvvələrin dövlətimiz əleyhinə çevrdiyi siyasi aksiyaların icrasını, yerinə yetirilməsini, tətbiqini təmin etmiş olurlar.

Radikal müxalifət böhtançılar, şərbazlar və onlara aldanan digər insanları öz əhatəsinə toplamaqla dövlətimizin idarəçilik sütununun əsaslarını dağıtmaq, insanları dövlət əleyhinə qaldırmaq, ölkədə xaos və hərcmərclik yaratmaq və bununla da Azərbaycan xalqının qanı və canı hesabına yaradılmış dövləti məhv etmək iddiasındadır. Əgər söhbət sağlam siyasi rəqabətdən, sağlam tənqiddən, yada ki, sadəcə insanların sosial durumundakı çətinliklərin, problemlərin həllinə çalışmaqdan gedirsə, onda insanları sağlam siyasi, sivil yollarla maarifləndirmək daha düzgün yol, daha sivil mübarizə formaları olmazdımı? Təcrübədə bunun əksini görürük. Qohumbazlığın, yerlipərəstliyin tüğyan etdiyi bu zamanda xalqın istəyi, xalqın maddi və mənəvi təlabatı bir çox siyasətçilər üçün üçüncü-beşinci plana çevrilməkdədir. Heç kimə sirr deyildir ki, müxalifət düşərgəsində siyasi qüvvələri idarə edən insanlar yalnız bir-iki bölgəni təmsil edən insanlardır. Onların böyük əksəriyyəti vaxtilə dövlətin ən yüksək eşolonunda təmsil olunmuşlardır və yaddaşımızda pisliklərdən başqa heç nə ilə yadda qalmamışdır. Azərbaycanda rüşvətin, qohumbazlığın, korrupsiyanın, çirkin siyasi oyunların təməli də məhz onlar tərəfindən qoyulmuşdur və bu gün də onların dövlətin müxtəlif strukturlarında “yerləşdirilən” insanlar tərəfindən davam etdirilməkdədir. Və onu da qeyd etmək yerinə düşərdi ki, Əhəd Abıyev yeganə icra başçılarındandır ki,  onun üçün  “yerlipərəstlik” və “qohumbazlıq” kimi məfhumlar yaddır və dövlətin ona etibar etdiyi sahəni ləyaqətlə təmsil etməkdədir.

Bəs onun adının bu qədər hallandırılmasında əli və marağı olan insanların məqsədi nədir? Onlar məhz nəyə nail olmaq istəyirlər?

Siyasi vasitələrdən siyasi vasitələr törəyirlər. Hər bölgənin yaxşı insanları kimi pis niyyətli, şərə-böhtana meylli insanları da mövcuddur və radikal müxalifəti təmsil edənlər onlardan çox bacarıqla istifadə etməkdədirlər. Məsələn, iş-gücləri  dövlətin uğurlu işini, dövlətin yerlərdəki sədaqətli nümayəndələrini qəsdən gözdən salan siyasəti həyata keçirtmək, yerlərdə qara qüvvələrin maraqlarını  müəyyən edəcək strategiyanı hazırlayaraq, dövlətimiz əleyhinə çirkin ideologiyanı həyata keçirmək məqsədilə insanları aldadaraq öz başına toplamaq, insanların cəmiyyətdəki maraqlarından sui-istifadə etmək bu siyasi qüvvələrin iş prinsipi və həyat kredosudur. Bu səbəbdən, fəaliyyətini dövlətimizin və xalqımızın əleyhinə çevirən qüvvələr bu insanları bir siyasi alət kimi müxtəlif aksiyalara cəlb edir,  eləcə də öz siyasətlərini günün vacib tələbi kimi insanların şüuruna yeridirlər.

Onlar üçün heç də fərqi yoxdur ki, Əhəd Abıyev işini vicdanla görən, dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət edən məmurdur, dövlət başçısının tapşırıqlarını canla-başla yerinə yetirir, insanları narazı salmır, onların problemlərinin həllində yardımçı olmağa çalışır. Dövlətimiz digər bölgələr kimi dağlıq ərazidə yerləşən bu rayonun iqtisadiyyatının da dirçəldilməsində maraqlıdır və görülən – həyata keçirilən işlər də insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət etməklə daim dövlətimizin diqqət mərkəzindədir. Bu isə, müxalif qüvvələrin maraqlarına heç də uyğun gəlmir. Bu səbəbdən rayonda süni narazılıqların artırılmasında maraqlıdırlar.

Əgər istənilən rayon rəhbərliyi bu qara qüvvələrə öz niyyətlərini həyata keçirtməyə imkan versəydi, bölgələrdə siyasi və iqtisadi durum  necə olardı?..

Etmtv.news iyulun 8-də Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi, əsgər Bağırov Elnur Sahib oğlunun adına inşa edilən ehsan bulağının açılışı zamanı  lentə alınan kadrları sizə təqdim edir:

Ruhulla Zahidov, yazıçı-jurnalist.                       

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.