“İslamabad Post” qəzetində Azərbaycan-Pakistan hərbi əməkdaşlığı barədə məqalə dərc olunub

Nüfuzlu “İslamabad Post” qəzetində Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq haqqında məqalə dərc olunub. Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq üzrə mütəxəssis olan Mehmud Al Həsən Xanın müəllifi olduğu məqalədə Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, səfər zamanı əsas müzakirə mövzusu olmuş hərbi sahədə əməkdaşlığın perspektivlərinə dair məsələlər diqqət mərkəzində olub.

-“Bu səfər iki qardaş ölkə arasında münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Qeyd olunub ki, sıx tarixi, mədəni və dini bağlığı olan Azərbaycan və Pakistan strateji tərəfdaş kimi müxtəlif istiqamətlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq edir”.- müəllif yazır.

Məqalədə sürətlə dəyişən geosiyasi və geostrateji reallıqlar fonunda Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq üçün yeni perspektivlər yarandığı vurğulanıb. Bildirilib ki, bu məsələlər iki ölkənin rəsmiləri səviyyəsində davamlı müzakirə olunur. Müəllif,  ordu generalı Qamar Caved Bacvanın Azərbaycana uğurlu səfərini də bu kontekstdə təqdim edir.

Yazıda həmçinin, İkinci Qarabağ savaşından sonra Azərbaycana səfər edən Pakistan rəsmilərinin işğaldan azad edilmiş ərazilərin bərpası məsələlərinə dair təcrübələrini bölüşdükləri də qeyd olunub .

Bundan başqa, iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığından, Azərbaycanın Pakistan istehsalı olan hərbi təyinatlı məhsulların idxalına marağından, eləcə “İstiqlal” snayper tüfəngi də daxil olmaqla, çətin relyefdə döyüşlər üçün Azərbaycan istehsalı olan atıcı silahların Pakistan Silahlı Qüvvələrinin silahlandırılmasına daxil edilməsi imkanlarından söz açılıb.

Ekspert Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli dialoqa toxunaraq, bunun güclü əməkdaşlığın təməlini təşkil etdiyini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.