İyunun 17 də Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxananın oxu zalının əməkdaşı Tərifə Abbasovanın təşkilatçılığı ilə iki möhtəşəm tarixi günü – Gəncənin səsi qəzetinin 100 illik yubileyi və bu yubileyə töhfə olaraq qəzetin baş redaktoru Rəfiqə xanım Sadıqovanın “100 ilin işığında” adlı kitabının təqdimatı münasibətilə Zoom proqramı vasitəsilə “Ulu yurdun ulu səsi” adlı onlayn ədəbi-bədii konfrans keçirilmişdir.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyər işçisi, şair-publisist Bəxtiyar Muradov, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri , Azərbaycan yazıçılar İttifaqının üzvü , şairə-dramaturq Xəzangül Hüseynova, yazıçı-jurnalist, dramaturq, publisist Nüşabə Məmmədli, Sair Aləmzar Əlizadə, 101.az Saytın müxbiri Sənubər Qocayeva, Türk xalq ozanı Aşıq Maksut Fəryadi, Cənubi Azərbycanın “Körpü” jurnalının redaktoru, yazıçı Səxavət İzzəti, müğənni Şahin İsmayılov, Cənubi Azərbaycan şairi, yazıçı, aparıcı Cəlil Dərhəmcanlı (Taymaz Miyanalı), Şair dramaturq Sahib İbrahimli, Cənubi Azərbaycan dan şair, tənqidçi Məhəmməd Çalqın, Gəncə Dövlət Dram teatrının aktyorları Sevinc Hüseynova, Mətləb Təhmazi, Ruslan Hüseynov, Emil Salmanov, Rəşad Hüseynov, Azərbaycan Respublikasının əməkdar müəllimi, professor Həsənbala Sadıqov, Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Iradə Əlili, Şairə-publisist, Ombusman Aparatının əməkdaşı Azadə Novruzova, Milli Məclisin Deputatı Pərvin Kərimzadə, kitabxananın onlayn tədbirinin izləyiciləri və kitabxana əməkdaşları iştirak edirdi.
Onlayn konfransı giriş sözü ilə kitabxananın oxu zalının əməkdaşı Tərifə Abbasova açaraq qeyd etdi ki, Gəncə kimi, qəzetin də adı dəfələrlə dəyişib. Qəzet 1920-ci ilin may ayının 5-də “Qırmızı Gəncə” adı ilə ilk dəfə işıq üzü görüb. Beləliklə, “Qırmızı Gəncə”, “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti” ,”Kirovabad kommunisti” və “Gəncənin səsi” adı ilə çap olunub. O qeyd edərək bildirdi ki, “Qırmızı Gəncə”nin ilk redaktorları Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov, “Zərbə” qəzetinin redaktoru Cavad Fərhadov və qəzetin məsul katibi Cəfər Bağır milli-mənəvi dəyərlərimizə sahib çıxdıqları üçün, xalqın ruhunu oxşayan fikirlər söylədiklərinə görə, “xalq düşməni” adı ilə damğalanmış və represiya qurbanları olmuşlar. Kitab şox nəfis şəkildə çap olunmuşur və bu kitabı oxumağı tövsiyə etmişdir.
Tədbirdə istedadlı müğənni, Şahin İsmayılov “Gəncə “, “,Nəriman Əzimov Gözəl Gəncəm” , Cənubi Azərbaycandan qonaq müğənni Həmid Hamvər “Gəncədən bir fayton gəlir, Türk xalq ozanı Aşıq Maksut Fəryadi “Azərbaycan-Türkiyə”, Emil Salmanov mahnılar ifa etmişlər. Təbriz şəhərindən şair Xosrov Barışan Gəncənin səsi qəzetini şeirlə təbrik edib . Gəncənin səsi qəzetinin Baş redaktoru Rəfiqə Sadıqova bütün tədbir iştirakçılarına tədbirdə iştiraklarına və maraqlı çıxışlarına öz dərin minnətdarlığını bildirdi.
Sonda Gəncə şəhə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin directoru Elmira Əliyeva və direktor müavini Fəridə Qədimova tədbirin rəngarəngliyini, qonaq qismində tədbirdə yer alan iştirakını tədqirəlayiq hal kimi qiymətləndirərək bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir.İştirakçılar da həmçinin tədbirin çox maraqlı keçməsini vurğulayıblar.Tədbirin təşkilatçısı və tədbiri ərsəyə gətirən kitabxananın əməkdaşı Tərifə Abbasovaya minnərdarlıq bildiriblər.
Tebrik ederim. Başarılarınız daim olsun. Sevgi dolu selâmlar Giresunî’den Giresun’dan… Türkiye’den gardaşlarimiza. …
“Gəncənin səsi” qəzetinin 100 illiyini təbrik edir və qəzetin baş redaktoru Rəfiqə Sadıqovaya uğurlar arzulayıram.
“Gəncənin səsi” qəzetinin 100 illiyini təbrik edir və qəzetin baş redaktoru Rəfiqə Sadıqovaya və tədbiri təşkil edən Tərifə Abbasovaya can sağlığı, uğurlar arzulayıram.