“Fast-food” insanları necə zəhərləyir? – Ömrümüzü qısaldan ləzzət…

Son zamanlar böyüklü kiçikli hamının dadlı təamına çevrilən tez hazırlanan qidalar orqanizm üçün təhlükə mənbəyidir. Bu barədə dünya mütəxəssilərinin həyacan siqnalı verməklərinə baxmayaraq, “fast food” insanların yenə də imtina edə bilmədikləri qidalardır. Son aparılan statistikaya görə, bu süni qidalar hər il minlərlə insanın canını almaqda davam edir.

Demək olar ki, günümüzdə insanların 80 % bu qida növünə üstünlük verir. Ən qorxulusu isə “fasd – food”un uşaqların rasionunda ən önəmli yer tutmasıdır. Çünki bir çox ailələr həftəsonları övladlarını “mükafatlandırmaq” üçün məhz bu kafelərə üz tuturlar.

Əsasən burada təhlükə mənbəyi bu cür yeməklərin hazırlanmasında işlədilən mənşəyi bilinməyən yağlardır. Eyni yağda külli miqdarda qidanın hazırlanması isə bu amili daha da ölümcül edir. Çünki bu zaman hazırlanan qidaların strukturu dəyişir və onlar kanserogenə çevrilir. Bu isə birbaşa xərçəng kimi təhlükəli xəstəlikləri orqanizmə daxil etmək deməkdir.

MÖVZU İLƏ BAĞLI:

AQTA enerji içkiləri bazarını HİMAYƏ EDİR – GÜLÜNC AÇIQLAMA 

Bizim.Media-ya danışan həkim pediatr Vaqif Qarayev də bu qidaların uşaqlarda onkoloji problemlər yaratdığını bildirib.

“Son araşdırmalar göstərir ki, “fast – food”dan istifadə edən uşalarda onkoloji problemlər artıb. Hətta bir çox Avropa ölkələrində “fast food” tərz qidalar qadağan edilib. Burada istifadə edilən şəkər həddindən artıq çoxdur və yağın mənşəyi bilinmir. Həmin qidalarda istifadə olunan müxtəlif souslarında mənşəyi bilinmir və bu dadlandırıcılar tiryək effekti verir. Asılılıq getdikcə inkişaf edir. Tez hazırlanan qidalar kənardan valideyinləri beləcə aldadır”.

Pediatr həmçinin “fast-food” sevən uşaqlarda digər təhlükəli xəstəliklərin də yayılmasından danışıb.

“Bundan başqa bu qidalar uşaqlarda ürək-damar və mədə – bağırsaq  problemlərinə də yol açır. Daha bir başqa problem beynin inkişafında geriləmə yaranır. Ən dəhşətlisi isə budur ki, son zamanlar azyaşlılar arasında şəkərli diabet xəstəliyi artıb. Fikir versəz hazırda uşaqlar piylənmədən də əziyyət çəkirlər”.

V.Qarayev bu cür təhlükənin yaranmasında “fasd-food”un təbliğatı da önəmli faktorlardan biridir.

“İnsanlar bu cür qidaların təbliğatına da geniş yer verirlər. Məsələn kimsə kafedə hamburger yeyir və bunu çəkib sosial şəbəkə hesabında paylaşır. Qıraqdan görən insanın da meyli çəkir və o da özünə bu zəhərli yeməkdən sifariş verir. Mən dəfələrlə izah edirəm ki, bu cür qidalar uşaqlar üçün çox zərərlidir. Lakin bir neçə valideyn şəxsən mənə öz etdikləri səhvlərə don geyindirərək, uşaqlarında heç bir problemin olmadığını bildirir. Onlara başa sala bilmirəm ki, bu cür hallar tezliklə üzə çıxmır, zamanla problemlər yavaş-yavaş özünü biruzə verməyə başlayacaq”.

Həkim dietoloq Leyla Zülfüqarlının fikrincə isə uşaqların düzgün qidalanması üçün valideyinlər əvvəldən balacaları həmin qidalar ilə tanış etməməlidirlər.

“Uşaqlar bu yeməkləri valideyinlərindən görür daha sonra isə tələb etməyə başlayırlar. Əgər uşaq “fast – food” dadmasa onu tələb etməyəcək. “Fast – food”un tərkibində olan maddələr dildə olan dad alıcılarını aktivləşdirir və bunu bir dəfə dadan uşaq ikinci dəfə yenə istəyir. Qazlı içkilər haqqında da bunu demək olar”.

Dietoloq uşaqlardan bu cür qidaları uzaq tutmağın yollarından da danışıb. O, bildirib ki, burada əsas amil düzgün maariflənməkdədir. 

“Sağlam təamları qəbul edən orqanizm gələcəkdə təhlükəli qidaları qəbul etməyəcək və bundan bir dəfəlik imtina edəcək. Bunun üçün mütləq şəkildə doğru təbliğat işləri aparılmalıdır. Universitetlərdə, məktəblərdə və məktəbəqədər hazırlıq mərkəzlərində uşaqları qidalanma ilə bağlı marifləndirmək böyük rol oynayır”.

Aliyə İlyas, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.