ADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilib

25 may 2021-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) onlayn formada “Məzun Yarmarkası-2021”tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, pandemiya sosial-iqtisadi həyatın bütün sahələrinə, o cümlədən təhsil sektoruna təsir etməsinə baxmayaraq universitet məzunlarının müvafiq iş yerləri ilə təmin olunması, onların uğurlu karyerası vacib vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq sayca 13-cü yarmarkanın, “Məzun Yarmarkası-2021” tədbirinin onlayn formada keçirilməsi qərara alınmışdır. Ölkəmizdə aqrar sahənin inkişafına dövlət qayğısı sayəsində çoxsaylı iş yerlərinin yaranmasının universitet məzunlarının layiqli məşğulluğu üçün böyük imkanların yaratdığını qeyd edən rektor cari ildə1434, o cümlədən bakalavriat səviyyəsində 1277, magistratura səviyyəsində 157 tələbənin məzun olduğunu bildirmişdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparat rəhbərinin müavini-İnsan resursları şöbəsinin müdiri Elvin Paşayevin kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini çatdırmaqla Nazirliyin fəaliyyət istiqamətlərinə, prioritetlərə uyğun olaraq karyera imkanları barədə məlumat verib.

Azərbaycan Respublikası Qida  Təhlükəsizliyi  Agentliyinin şöbə müdiri, respublikanın dövlət baş baytar müfəttişi  Qalib Əbdüləliyev, Azərsun Holding MMC-nin Kənd Təsərrüfatı və Emal Müəssisələri üzrə İnsan Resursları Departamentinin müdiri Yaşar Savadov, Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai birliyinin direktoru Emin Əliyev, Kapital Bank  Gəncə filialının  müdiri  Vüqar  Paşayev, Agro Dairy  MMC-nin İnsan Resursları üzrə Baş mütəxəssisi  Natella Şeyx-zadə, MKT Istehsalat  Kommersiya  MMC-nin Təlim və İnkişaf üzrə Meneceri Elnur Axundov, Ağdam Dövlət Aqrar  İnkişaf  Mərkəzinin direktoru Ramal  Məmmədov, habelə məzunlardan Şəhla  Yusifova, Ayxan  Abbasov,   Orxan Muradzadə, Ağgül Əhmədova,  Dinara  Əliyeva, Fərrux  İsayev, Nailə Həmidli və başqaları çıxış ediblər.

Qeyd edək ki, “Məzun Yarmarkası-2021”-də ümumilikdə iştirak edən 72 müəssisə və təşkilatdan 536 vakant yer təqdim olunub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.