İsveç alimləri beynin yaşlanmasını yavaşlatmağın yeddi yolunu açıqlayıb. Mütəxəssislərin fikrincə, bu prosesə həyat tərzi təsir edir və gündəlik həyat tərzindəki kiçik dəyişikliklər beyin sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər.
Höteborq Universitetinin sağlamlıq psixologiyası professoru Maqnus Lindvall izah etdiyi kimi, yaşlandıqca davranışlar beyinə daha çox təsir göstərir.
Alim bildirir: – Ümumi olaraq beyin üçün faydalı olan üç növ stimullaşdırma var – fiziki stimullaşdırma, idrak stimullaşdırması və sosial stimullaşdırma.
Yaşlanma prosesini yavaşlatmaq üçün ilk addım daha çox hərəkət etməkdir. Hərəkətsiz həyat tərzinin bədəndə iltihabı artırdığını və çoxaldığını, demansın (əqli gerilik) inkişaf riskini artırdığını göstərən çox sayda dəlillər var.
Bundan əlavə, yaxşı və sağlam yuxu beynin ömrünü uzatmaq üçün vacibdir.
Düzgün qida seçimi eyni zamanda sinir hüceyrələrinin işinə və beynin yeni hüceyrələr yaratmaq qabiliyyətinə müsbət təsir göstərir. Buraya çoxlu tərəvəz, giləmeyvə, meyvə, dənli bitkilər, qoz-fındıq, sitrus meyvələri, zeytun yağı və balıq daxildir və artıq çəki yığmamağa diqqət etmək lazımdır.
Alimlər bağırsağın mikroflorasına yaxşı qulluq etməyin vacib olduğunu qeyd edir. Psixoloji sağlamlıq üçün vacib olan serotonin hormonunun 90%-i bu orqanda istehsal edilir, onun yalnız 10%-i beyində istehsal olunur. Daha çox lifli və çeşidli qidalardan istifadə etmək məsləhətdir.
Yaxşı psixoloji əhval-ruhiyə beyin sağlamlığına müsbət təsir göstərir. Söhbət insanın yaxınları ilə münasibətdən, insanın aktiv həyat fəaliyyətindən, həyatda yaşamağın məna və məqsədindən gedir.
Həmişə yeni bir şey öyrənmək lazımdır, çünki yaxşı nəticə əldə etmək üçün konsentrasiya və təcrübə tələb edən fəaliyyətlər yeni beyin hüceyrələrinin meydana gəlməsini stimullaşdırır.