Təkcə ərazi bütövlüyümüzü bərpa etmədik, həm də də erməni faşimzmini məhv etdik

“Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan
tarixində əbədi qalacaqdır”.

2020-ci ilin 27 sentyabrnda Ermənistan silahlı qüvvələrinin səhər tezdən Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli atəşə tutmasına vavab olaraq Azərbaycan özünümüdafiə hüququ çərçivəsində ikinci Qarabağ müharibəsinə – Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı.

“Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzinə çevrildi 44 gün: sentyabrın 27 -dən noyabrın 10- dək davam etmiş Vətən müharibəsində Azərbaycan ordusu Respublikamızın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qardaş Türkiyənin ciddi siyasi və mənəvi dəstəyi iə Qarabağın işğaldan azad edilməsi istiqamətində möcüzəli nəticələr əldə etdi, tarixi qələbələr qazandı. Vətən müharibəsi – ikinci Qarabağ müharibəsi Azərbaycan Milli Ordusunun tarixi zəfəri ilə başa çatdı, 30 il davam edən işğala son qoyuldu.

300 -ə yaxın yaşayış məntəqsi, o cümlədən Fizuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi.

Əzəli torpaqlarımızın düşmən işğalından azad olunması üçün 30 il gözləməli olduq. Azərbaycanın qədim mədəniyyət beşiyi sayılan və hər bir azərbaycanlının qəlbində qürur və iftixar simvolu olan Şuşa şəhəri düşmən əsarətindən azad edildi.

Noyabrın 10-da Qarabağla bağlı Azərbaycan , Rusiya və Ermənistanın siyasi rəhbərləri tərəfindən imzalanmış Birgə Bəyanət imkan verdi ki, hələ də işğal altında olan digər bölgələrimizi – Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yollarla, qan tökülmədən  geri qaytaraq.

Azərbaycan ordusunda bir nəfər də olsun, fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına. Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi.

Böyük qələbənin əhəmiyyətindən danışarkən xüsusi olaraq onu qeyd etməliyik ki, son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və xalqa qaytarılmasına nail oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi dimlomatik gedişlər qazandığımız qələbənin baş tutmasında ən önəmli amil olub. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi.

Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30 -dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücümları darmadağın etdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindiromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü kü, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec – tez öz amalına qovuşacaqdır.

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müassir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək, qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.

Azərbaycan ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azad etmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Ölkəmiz üçün yeni dövr başlayır – quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə – yeksən edib. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, məzarlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük ehtimat göstəcək, təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan prezidentinin ətrafında birləşəcəkdir.

Hakim Qəhrəmanov

Şəmkir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.