Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? -Təlimat

Kişi və qadın müəllimlərimizin geyim tərzi zaman-zamna müzakirə olunan mövzulardan biridir. Baxmayaraq ki , vahid formaya  qadın müəllimlərimiz ( xüsusi ilə gənclər ) daha çox etiraz edirlər , ölkəmizin ayrı-ayrı məktəblərində fərdi qaydada müəllimlər vahid geyim tətbiq ediblər . 
Maraqlıdır , müəllimlərin geyim tərzi ilə bağlı təlimat varmı ?-  Var . Təhsil Nazirliyinin  hələ 2000-ci illərdə verdiyi təlimatla sizi tanış etmək istəyirik.  ” Təhsil işçilərinin korporativ geyim tərzi ” adlanan təlimatda  müəllimlərimizin geyim tərzi ilə bağlı aydın şəkildə göstərişlər var.
Təlimatı olduğu kimi sizə təqdim edirik.
Ümumi qaydalar :
səliqə və ciddilik;
kişilərdə təmiz təraşlı üz;
 manikür – açıq rəngli dırnaq boyaları;
 təmiz və baxımlı ayaqqabı;
 ətirlərdən orta dərəcədə istifadə olunmalıdır.
Kişi əməkdaşlar üçün korporativ geyim qaydaları :
Zəruridir:
kostyumun rəngi: tünd-göydən (boz, bej, tünd qəhvəyi, zeytun və krem çalarlı) fil sümüyü rənginə
qədər;
mərasim və rəsmi görüşlər zamanı tünd rəngli kostyum;
 pencək şalvar ilə dəst olmalıdır;
 rəngi kostyumun rəngindən açıq köynək;
 geyimlə uyğun gələn işgüzar üslublu ayaqqabı;
 tünd və tək rəngli corablar;
uzunluğu yaxalıqdan kəmərə qədər, rəngi köynəyin rəngindən tünd olan qalstuk (tək rəngli və ya nəzərə çarpmayan naxışlı);
 bağlanma yeri orta ölçülü olan kəmər.
İcazə verilir : 

yaz və yay fəsillərində parçası daha yüngül, rəngi bir qədər açıq çalarlı kostyum;

qol saatı (işgüzar üslubda);
 nişan üzüyü;
 qısaqol köynəklər;
 bir-birinə uyğun olan qalstuk üçün sancaq və qol düymələri.
Qadağandır: 
 geyimlərin üzərində gözəçarpan şəkil və naxışlar, müxtəlif yazılar və emblemlər;
parlaq, cinsdən və dəridən olan parçalar;
idman üslublu və kobud görünüşlü ayaqqabılar;
 uzunluğu kəmərdən yuxarı və ya aşağı olan qalstuk;
 nəzərə çarpan bəzək əşyaları (iri üzük, qolbaq və ya boyunbağı);
 günəş eynəyi;
bağlanma yeri iri ölçülü və nəzərə çarpan olan kəmər.
Qadın əməkdaşlar üçün korporativ geyim qaydaları 
Zəruridir :
kostyumun rəngi: tünd-göydən (boz, bej, tünd-qəhvəyi, zeytun və krem çalarlı) fil sümüyü rənginə
qədər;
mərasim və rəsmi görüşlər zamanı tünd rəngli kostyum;
 pencək ətək və ya şalvar ilə uyğun olmalıdır;
 dabanı qədərincə enli və hündürlüyü 10 sm-ə qədər olan işgüzar üslublu ayaqqabı;
 mövsümə uyğun corablar.
İcazə verilir:
 qol saatı (işgüzar üslubda);
 nişan üzüyü;
 yaz və yay fəsillərində parçası daha yüngül, rəngi açıq çalarlı olan kostyum;
 kaşne, gödək şal və ya qalstuk;
 orta ölçülü bəzək əşyaları (evlilik üzüyü, sırğa, kulon, boyunbağı)
Qadağandır:
üzərində rəsmlər, mətnlər, insanların portretləri və heyvanların şəkilləri olan geyim;
dəri və ya cins parçadan olan geyim;
saçaqlar, lələklər;
ətək və ya don geyindikdə botinkanın uzunluğu dizdən 3 sm aşağı;
artıq dekorla olan ayaqqabı;
corabsız geyilən açıq yay ayaqqabıları;
çimərlik ayaqqabıları;
sabo;
idman üslublu ayaqqabı;
parlaq parçalar;
iri, nəzərə çarpan və səs-küylü bəzək əşyaları (qolbaqlar, sırğalar, boyunbağılar);
qolsuz köynəklər;
açıq dekolte;
dar və gödək (dizdən 2 sm yuxarı) don və ətəklər, dərin kəsilmələr;
şəffaf don və köynəklər
Digər məlumatlar:
Şənbə, bazar və istirahət günləri işə sərbəst və rahat geyim tərzində gəlmək olar. Həmin günlərdə
əməkdaşın işgüzar görüşü planlaşdırılıbsa, o halda korporativ geyim tərzi istisna olmadan
saxlanılmalıdır.
Məzuniyyətdə və ya xəstəlik vərəqəsində olan, lakin zəruri ehtiyaca görə işə çıxan əməkdaşlar
yuxarıda göstərilən standart işgüzar geyim üslubuna riayət etməlidirlər.
Qeyd: Kodeksə riayət etməkdə əməkdaşlarla yanaşı struktur bölmələrin rəhbərləri də məsuliyyət daşıyırlar. Bu qaydaların pozulması halları əmək intizamının pozulması kimi qiymətləndirilərək, müvafiq tədbir görüləcəkdir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.