Müəllimləri formativ qiymətləndirmə ilə bağlı ən çox narahat edən məsələyə RƏSMİ CAVAB

Əvvəlki  qayda üzrə bəzi müəllimlər şagirdlərin formativ qiymətləndirilməsini aparır, lakin onun nəticəsini “Məktəbli kitabçası”nda sözlə, müəllimin formativ qiymətləndirmə dəftərində isə səviyyələr üzrə rum rəqəmi ilə qeyd edirdilər.

Amma məlumdur ki, 45 dəqiqə ərzində sinif üzrə bütün şagirdlərin formativ qiymətləndirilməsini aparmaq və nəticələrinin sözlə həm “Məktəbli kitabçası”nda, həm də müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması qeyri-mümkündür.

Bu, 2018-ci ildə müəllimləri formativ qiymətləndirmə ilə bağlı ən çox narahat edən suallardan biri olub.

 Etmtv. news AzEdu.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyi bu yöndə ünvanlanan çoxsaylı suallara rəsmi aydınlıq gətirib:

 Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir.

Bir dərs müddətində digər müxtəlif fəaliyyətlərin də olduğunu nəzərə alsaq, əlbəttə, bütün şagirdlərin formativ qiymətləndirilməsinin aparılması, nəticələrin “Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması fiziki olaraq mümkün deyil. Bu səbəbdən də sinif üzrə formativ qiymətləndirmə aparılsa da, müvafiq planlaşdırmaya əsasən, hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilməsinin nəticəsinin “Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması tövsiyə olunur.

Həmçinin, formativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi testlə yanaşı, yazı işlərindən, çalışmalardan da istifadə edilməsi tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.