İrəvan Türk Cümhuriyyəti Millət Şurası 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanat yaydı

İrəvan Türk Cümhuriyyəti Millət Şurası 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İrəvan Türk Cümhuriyyəti Millət Şurasının 🇦🇿
Bəyanatı
İrəvan Türk Cümhuriyyəti 1918-ci ilin mart və aprel aylarında ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində mülki türk- müsəlman əhaliyə qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı bu günlərdə bəyan edir ki, bu vəhşi akt yalnız xalqımıza qarşı deyil, bəşəriyyətə qarşı torədilmiş Soyqırımı cinayətidir. 1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrıseçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.
Mart soyqırımı ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyası yaratmış və bu qırğınların qəsdən və planlı şəkildə törədildiyi aşkar edilmişdir. Fəaliyyət göstərdiyi dövr ərzində – 15 iyul 1918–1 noyabr 1919-cu il il – FTK tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Lənkəran, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, İrəvan və Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi. Çox təssüf ki, Azərbaycanın 28 aprel 1920-ci il işğalından sonra bu təhqiqatlar yarımçıq qalmışdı.
1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır. Bu günün bütün dünyada simvollaşdırılması və dünya ölkələrinin parlamentlərində və beynəlxalq təşkilatlarda “Azərbaycanlıların Soyqırımı Günü” kimi qəbul edilməsi İrəvan Türk Cümhuriyyətinin də ideoloji, siyasi fəaliyyətinin əsas istiqamətidir.
Bu bir gerçəkdir ki, Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən Stepan Şaumyan və onun ətrafında olan erməni –bolşevik yönətimi məqsədyönlü şəkildə və bilərəkdən bu cinayətə imza atmışlar. Neft Bakısı və onun şimal hissəsini türk- müsəlman əhalidən təmizləmək və Azərbaycanın bu hissəsində Rusiyaya bağlı bir erməni dövləti qurmaq planlaşdırılmışdı. Təsadüfi deyildi ki, o qanlı günlərdə Lenin gördüyü bu amansız cinayəti dəstəkləmiş, və S. Şaumyana yazmışdı:
Hörmətli yoldaş Şaumyan:
Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik.
Şaumyan özü də etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Rusiya ordusu içərisində cəbhədən dönmüş 4000 silahlı Daşnaksütyun Partiyasına bağlı erməni əsgəri iştirak etmişdir. Azərbaycan Türklərinə qarşı törədilən soyqırımlar Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və Şərqi Anadolunun Qars, Ərzurum, İğdır, Güney Azərbaycanın Xoy, Səlmas, Urmiya bölgələri ilə yanaşı, İrəvan quberniyasının, Zəngəzur qəzasının və Qərbi Azərbaycanın bütün mahallarını da əhatə etmişdir.
1918-ci ilin mart- may aylarında yalnız İrəvan quberniyasının 119 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər yerlə yeksan edilmiş, yüz minlərlə insan öz yurdunu tərk etməyə məcbur olmuşdur.
İndiki Ermənistan ərazisində Azərbaycan türklərinin toplu halda yaşadığı ərazilərdə də soyqırım cinayətləri olmuşdur. Silahlı erməni birləşmələri azərbaycanlı əhalini köçə məruz qoymaq üçün İrəvanın bütün mahallarında qırğınlar törətdilər. Bu olaylar tarixə “qaçaqaç” hadisəsi kimi düşmüşdür. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik köçə basqın edilərək onların hamısı son nəfərinədək öldürülmüşdür. Zəngəzur qəzasında erməni silahlə dəstələri tərəfindən 115 türk kəndi məhv edilmiş, tarix səhnəsindən silinmişdir. Tarixi qaynaqlarla təsdiq edilmişdir ki, Zəngəzurda da Xocalı soyqırımına bənzər soyqırımı olmuşdur. Bir neçə gün içərisində 3257 kişi, 2276 qadın, 2196 uşaq amansızcasına öldürülmüşdür. Ümumən Zəngəzur qəzası üzrə 10068 nəfər öldürülmüş 50 min insan öz dədə- baba yurdunu tərk etmişdir. Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Nahiyənin bütün azərbaycanlı kəndləri qarət edilmiş və yandırılmışdı. Təkcə Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, onlardan 12 nəfərinin başı kəsilmişdi. Gözəldərə kəndi yandırıldıqdan və kişilər qətlə yetirildikdən sonra sağ qalan qadınlar meşəyə qaçmış, ermənilərə əsir düşməsinlər deyə özlərini öldürmüşdülər. Bütün bunlar İrəvan quberniyasında yaşayan xalqımıza qarşı erməni vəhşiliyinin yalnız bir hissəsidir. Xalqımıza qarşı basqı və zorakılıq aktları sonrakı tarixlərdə də amansızlıqla davam etdirilmişdir. Bütün bunlar, erməni vəhşətinin cəzasızlığı tariximizin ən böyük faciəsi olan Xocalı soyqırımının törədilməsinə gətirib çıxarmışdır
Bu gün adına Ermənistan deyilən ərazidə 500 mindən artıq azərbaycanlı əhali fiziki cəhətdən məhv edilmiş və bir milyondan artıq yerli əhali öz yurdunu tərk etməyə məcbur olmuşdur.
İTC Mart qırğınının günahsız qurbanlarının xatirəsini anır, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayır. 1918-1920-ci illərdə törədilən erməni cinayətləri beynəlxalq səviyyədə hüquqi həllini tapmalı və layiqli cəzasını almalıdır.
İTC Millət Şurası adından sədr prof. Qafar Çaxmaqlı
******************”***************
31 Mart Azerbaycanlıların Soykırım Günü münasebetiyle Erivan Türkiye Cumhuriyeti Millet Şurası
Beyanname;🇹🇷
İrevan Türk Cumhuriyeti
Mart ve Nisan 1918’de Azerbaycan’ın çeşitli bölgelerinde Ermeniler tarafından sivil Türk-Müslüman nüfusun kanlı katliamının kurbanlarını anarken, bu barbarca eylemin sadece bizim için değil, bir soykırım suçu olduğunu ilan ediyor. insan ama insanlık. Mart 1918 katliamları, radikal milliyetçi Ermenilerin Azerbaycanlılara karşı ırk ayrımcılığı ve etnik temizlik temelinde planlanmış ve vahşice sürdürülen bir politikasıydı.
Azerbaycan Halk Cumhuriyeti, Mart soykırımına ilişkin Olağanüstü Soruşturma Komisyonu’nu kurdu ve bu katliamların kasıtlı ve sistematik olarak işlendiği ortaya çıktı. FTC, 15 Temmuz 1918 – 1 Kasım 1919’daki faaliyet döneminde 36 cilt (3500 sayfa) araştırma materyali topladı. 6 cildi, Ermenilerin Bakü ve çevresinde Müslüman nüfusa karşı gerçekleştirdiği şiddet olaylarını yansıtıyordu. Soruşturmanın diğer ciltlerinde Ermenilerin Şamahı, Guba, Lenkeran, Göyçay, Cevad, Nukha mahalleleri, Gence, Karabağ, Erivan ve Zengazur’da işledikleri acımasız suçlar araştırıldı. 28 Nisan 1920’de Azerbaycan’ın işgalinden sonra maalesef bu soruşturmalar tamamlanmadı.
26 Mart 1998’de Azerbaycan Halk Cumhuriyeti Cumhurbaşkanı Haydar Aliyev’in “Azerbaycanlıların Soykırımı Hakkındaki” Kararı, bu korkunç olaylara yeterli bir siyasi değerlendirme vermiş ve 31 Mart “Azerbaycan Soykırımı Günü” olarak ilan edilmiştir. Azerbaycanlıların Soykırım Günü’nün anılması, dünya toplumunun Azerbaycanlıların geçmişte ve günümüzde yaptığı katliamlar ve etnik temizlik konusunda bilgilendirilmesinde önemli bir rol oynamaktadır. Bugünün tüm dünyada simgeleşmesi ve bunun dünya parlamentolarında ve uluslararası kuruluşlarda “Azerbaycanlıların Soykırımı Günü” olarak kabul edilmesi, İrevan Türk Cumhuriyeti’nin ideolojik ve siyasi faaliyetinin ana yönüdür.
Rusya Bolşeviklerinin lideri Vladimir Lenin ve çevresindeki Ermeni-Bolşevik yönetimi tarafından Kafkasya Olağanüstü Komiseri olarak atanan Stepan Şaumyan’ın kasten ve kasıtlı olarak bu suçu işlediği bir gerçektir. Petrol Diyarı Bakü’nün ve onun kuzeyindeki Türk-Müslüman nüfusun tasfiye edilmesi ve Azerbaycan’ın bu bölümünde Rusya’ya bağlı bir Ermeni devletinin kurulması planlandı. Lenin’in o kanlı günlerde gördüğü bu acımasız suçu desteklemesi tesadüf değildi ve S. Shaumyan’a şunları yazdı:
Sevgili Yoldaş Shaumyan:
Mektubun için teşekkürler. İyi düşünülmüş politikanızdan çok memnunuz ve mevcut durumda politikanızı daha derin ve daha dikkatli bir diplomasi ile birlikte uygulamanın uygun olduğunu düşünüyor ve sonuç olarak kazanacağımıza eminiz.
Şaumyan, Bakü Sovyeti’nin 6.000 Ermeni askerinin ve Rus ordusu içinde cepheden dönen Taşnaktsutyun Partisi’nin 4.000 üyesinin Azerbaycanlılara yönelik katliamlara katıldığını bizzat kendisi itiraf etti. Azerbaycan Türklerine karşı işlenen soykırımlar, Güney Azerbaycan’ın Bakü, Şamahı, Guba, Karabağ, Nahçıvan ve Kars, Erzurum, Iğdır, Hoy, Salmas, Urumiye bölgeleri ile Erivan vilayetinin tüm ilçelerini, Zengazur ilçesini ve Batı Azerbaycan’ı kapsıyordu.
Mart-Mayıs 1918’de sadece Erivan vilayetinin 119 köyünde yaşayan 135.000 Azerbaycanlı imha edildi, köyler yıkıldı ve yüzbinlerce insan yurtlarını terk etmek zorunda kaldı.
Azerbaycan Türklerinin toplu halde yaşadığı günümüz Ermenistan topraklarında da soykırım suçları işlendi. Ermenistan silahlı kuvvetleri, Azerbaycan halkını sokağa çıkarmak için Erivan’ın tüm semtlerinde katliamlar yaptı. Bu olaylar tarihe “kaçakçılık” olarak geçmiştir. 29 Nisan 1918’de Gümrü yakınlarında çoğu kadın, çocuk ve yaşlı olmak üzere 3.000 kişi saldırıya uğradı ve hepsi öldürüldü. Zengazur ilçesinde 115 Türk köyü Ermeni silahlı grupları tarafından tahrip edildi ve tarih sahnesinden silindi. Tarihi kaynaklar, Zengazur’daki Hocalı soykırımına benzer bir soykırım olduğunu doğruluyor. Birkaç gün içinde 3.257 erkek, 2.276 kadın ve 2.196 çocuk vahşice öldürüldü. Zengazur ilçesinde toplam 10.068 kişi öldürüldü ve 50.000 kişi atalarının vatanını terk etti. Pambak ilçesine bağlı 9 köyde 1.000’den fazla yurttaşımız vahşice öldürüldü. Bölgedeki tüm Azerbaycan köyleri yağmalandı ve yakıldı. Sadece Arcut köyünde 60 kişi öldürüldü ve 12 kişi başı kesildi. Güzeldere köyü ateşe verildikten ve erkekler öldürüldükten sonra, hayatta kalan kadınlar Ermeniler tarafından yakalanmamak için ormana kaçtılar ve kendilerini öldürdüler. Bütün bunlar Erivan vilayetinde yaşayan halkımıza yönelik Ermeni zulmünün sadece bir kısmı. İlerleyen tarihlerde halkımıza yönelik baskı ve şiddet eylemleri acımasızca devam etti. Bütün bunlar, Ermeni vahşetinin cezasız kalması, tarihimizin en büyük trajedisi olan Hocalı soykırımına yol açtı.
Bugün sözde Ermenistan’da 500.000’den fazla Azerbaycanlı fiziksel olarak imha edildi ve bir milyondan fazla yerli evlerini terk etmek zorunda kaldı.
ITC, Mart katliamının masum kurbanlarını anıyor, Ermenistan’ın maksatlı ve devam eden soykırım politikasını, insanlığa karşı suçları, ırk ayrımcılığını ve Azerbaycan halkına yönelik etnik temizliği şiddetle kınıyor ve bu tür suçların önlenmesi için Ermenistan’ın cezasızlığına son verilmesi çağrısında bulunuyor. tekrar. 1918-1920’de işlenen Ermeni suçlarına uluslararası düzeyde hukuki bir çözüm bulmalı ve hak ettiği cezayı almalıdır.
İTC Millet Şurası adına
Başkan Prof.Dr Gafar Çakmaklı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.