Müəllimlər niyə vaksinasiya edilmir? – AÇIQLAMA

Ənənəvi tədrisin bərpasından 1 ay ötməsinə baxmayaraq, yoluxmanın artması ilə əlaqədar bir neçə tədris mərkəzi distant təhsilə keçib. Ekspertlər bildirir ki, təhsil ocaqlarının yenidən qapadılmaması üçün müəllimlərin vaksinasiyası daha qabağa çəkilməlidir. 

Etmtv.news xəbər verir ki, məsələ ilə bağlı Axar.az -a açıqlama verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, vaksinin kimlərə vurulmasını aidiyyəti qurumlar planlayır:

“Vaksinasiyanı müvafiq dövlət qurumlar planlı şəkildə icra edir. Vaksinin müəllimlərə vurulması ilə bağlı məsələdə də aidiyyəti qurumların tapşırığını gözləməliyik”.

Ölkədə vaksinasiya prosesini icra edən TƏBİB və Səhiyyə Nazirliyindən isə saytımıza bildirilib ki, vətəndaşlara koronavirusa qarşı vaksin vurulması strategiya üzrə icra edilir və müəllimlərin vaksin olunması ilə bağlı Operativ Qərargah qərar qəbul etməlidir.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha rəsmi sorğu göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.