Gənclər Günü münasibətilə “Qəhrəman gənc” layihəsi təqdim olunur

Heydər Əliyev Sarayının təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Qəhrəman gənc” layihəsi təqdim olunub.

Heydər Əliyev Sarayı tərəfindən hazırlanan yeni layihənin əsas məqsədi istedadlı gəncləri və Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçilərini gənclər arasında təbliğ etməkdir.

Layihədə iştirak edən istedadlı gənclər  bədii və rəsm kompozisiyalarını təqdim ediblər.

Bundan əlavə, layihənin çəkilişlərində mədəniyyət sahəsində çalışan və könüllü olaraq ordu sıralarına yazılaraq 44 günlük Vətən müharibəsində iştirak etmiş gənclər – Heydər Əliyev Sarayının əməkdaşı Azay Azayev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Firdovsi Eyvazov və Akademik Milli Dram Teatrının əməkdaşı Tərlan Əsgərli də yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.