Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev əvvəlcə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbdə yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, bu təhsil ocağının 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülərək onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbdə müasir tədris avadanlığı ilə təchiz olunan sinif otaqları, informatika, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları yaradılıb. 2006-cı ildə inşa edilən 288 şagird yerlik korpus və idman zalı da əsaslı təmir edilib.

Prezident İlham Əliyev Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbdə yaradılan şəraitlə də tanış oldu.

Təhsil ocağının 1937-ci və 1970-ci illərdə inşa edilən iki korpusu sökülüb. Onların yerində 264 şagird yerlik yeni müasir korpus, yeməkxana, idman və akt zalları tikilib. Eyni zamanda, 2007-ci ildə ibtidai siniflər üçün inşa edilən 264 şagird yerlik korpus da əsaslı təmir olunub. Yeni korpusdakı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar zəruri tədris avadanlığı və vəsaiti ilə təmin edilib.

www.president.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.