“Virtual məktəb”də təqvim cədvəlləri yenilənir

2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar, yanvar ayının sonunda “Virtual məktəb”də müəllim və şagird təqvimləri yenilənəcək. Belə ki, təqvimlər yeniləndiyi tarixdən sonrakı bütün tədbirlər silinəcək Məqsəd platformada təqvim yüklülüyünün azaldılması və nəticədə istifadə rahatlılığının artırılmasıdır.

Fevral ayından etibarən təqvimin düzgün idarəedilməsi məqsədi ilə müəllimlərdən dərs görüşlərini yaradarkən ümumi və regional qrupları deyil, tədris etdikləri sinfin müvafiq fənn kanalını seçdiklərindən əmin olmaları xahiş olunur. Həmçinin, dərs görüşləri məktəb rəhbərliyi və ya sinif rəhbəri tərəfindən deyil, fənn müəllimi tərəfindən yaradılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.