Qələbəmizdən narahat olanlar var: Niderland parlamenti də… – Deputat

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatı bəzi Avropa ölkələri öz maraqlarına uyğun yozurlar. Erməni lobbisinin təsiri altında Niderland parlamentində də bu hal müşahidə olunur. Anti-Azərbaycan, anti-Türkiyə qüvvələri imzalanmış bəyanatı şübhə altına almağa çalışırlar.

Bunu Teleqraf. com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan dərhal sonra Niderland parlamentinə Azərbaycan və Türkiyə əleyhinə qətnamə təşəbbüsləri irəli sürülüb:

“Bununla bağlı parlamentə təqdim edilən uydurma sənədlər tamamilə cəfəng və yalan informasiyalar üzərində qurulub. Qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması erməni lobbisinin əsas məqsədidir. Eyni zamanda mövcud olmayan qondarma rejimin tanınması məsələsi də tamamilə absurddur. Uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması kimi cəfəng, əsassız iddialar heç bir halda hüquq müstəvisinə çıxarılmamalıdır. Niderland parlamentində bu cür cəfəng çağırışların, layihələrin müəllifləri faşist ideologiyasının təbliğatçıları, ermənipərəst qüvvələrin əlaltılarıdır. Onların əsassız səyləri ilə noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland parlamentində tövsiyə xarakterli qətnamə qəbul olunub. Reallıqla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentdə mütəmadi olaraq mövzunu qaldırır, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar”.

Millət vəkili qeyd edib ki, Niderland hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri neytrallaşdırmağa, balanslaşdırmağa çalışır:

“Buna baxmayaraq birmənalı mövqe nümayiş etdirilməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açıb. Cənab Prezident İlham Əliyev də Niderlandın yeni səfirinə təxribatçı qərarlara kəskin münasibətini bildirib”.

Qeyd edək ki, ötən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlayıb. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb. Öz müstəqilliyini 1945-ci ildə elan etməsinə baxmayaraq illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda onun suverenliyini tanımağa məcbur olub. Həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədilib. 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 sakin güllələnib. İndoneziyada qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.