Yeni Azərbaycan Partiyası siyasi elitamızın istinadgahıdır

…Yeni Azərbaycan Partiyasının yaradılması müasir siyasi sistemin yaradılmasından xəbər verirdi. Çünki o vaxta qədər Azərbaycanda fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparırdılar. Sözün müasir mənasında siyasi sistem, siyasi institutlar yox idi. Bu mənada Yeni Azərbaycan Partiyasının yaradılması sosial-milli reallıqlarımızda yeni hadisə olan siyasi sistemin yaradılması idi. Bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətə milli inkişaf naminə əsil sivil fəaliyyət göstərən partiya modelini təqdim etmişdir.
… Bu gün sözün əsl mənasında demək mümkündür ki, YAP-ın tarixi müstəqillik tarixi ilə üst-üstə düşür. Bu həqiqəti qəbul edərkən demək mümkündür ki, müasir Azərbaycan dövlətinin quruculuğu tarixi məhz Yeni Azərbaycan Partiyasının yarandığı tarixdən başlayır.
… Ulu öndər Heydər Əliyevin müdrik siyasi xətti və Yeni Azərbaycan Partiyasının fəaliyyəti bizim siyasi xəttimiz, Azərbaycan xalqının milli idealının təcəssümüdür. Siyasi və iqtisadi islahat modellərinin hazırlanmasında və uğurla həyata keçirilməsində YAP-ın xidməti az olmamışdır. Azərbaycanı dünya birliyinə əsil müstəqil dövlət kimi təqdim etmək Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu öndərin müdrik siyasətinin prinsiplərinin rəhbər tutulması hesabına mümkün olmuşdur.
… Heydər Əliyevin siyasət məktəbinin prinsiplərinin, onun siaysət fəlsəfəsinin ideyalarının rəhbər tutulması sayəsində Azərbaycanın yüksək templə inkişafı son 26 ildə mühüm bəhrələr vermişdir. Bu inkişaf modelinin uğur qazanmasında şübhəsiz ki, YAP-ın çox möhtəşəm fəaliyyətini qeyd etmək mümkündür. YAP-ın uğurları ölkəmizin uğurlarıdır, partiyamızın məramı və məqsədi tərəqqi yoli ilə irəliləyən Azərbaycanın milli konsepsiyasının başlıca hədəfləri ilə həmahəngdir.
… Bu gün YAP ölkəmizin siaysi avanqardı kimi Prezidentimiz, Partiyamızın Sədri İlham Əliyevin möhtəşəm fəaliyyəti sayəsində çoxşaxəli modern dövlət quruculuğunda mühüm uğurlara imza atmışdır. Partiyamız gündən-günə daha da inkişaf edərək, möhkəmlənərək, sıralarını genişləndirərək yeni zirvələr fəth etməyə qətiyyətlə addımlayır.
Vaqif Abdullayevin
“ Milli-siyasi elitamızın Heydər Əliyev zirvəsi”  kitabından.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.