Gəncə terrorunda valideynlərini itirən uşaqlara psixoloji yardım göstərilib

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hümanitar hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Gəncə şəhərinə ağır artilleriya və raket hücumları nəticəsində mülki evlərə, tarixi-mədəni abidələrinə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə ciddi ziyan dəymiş, şəhər sakinləri arasında çoxsaylı ölənlər və yaralananlar olub. Qeyd edilən hücumlar zamanı zərər çəkmiş şəhər sakinlərinin və onların yaxınlarının psixioloji sağlamlığına da ağır zərbə dəymiş, o cümlədən dörd nəfər uşaq hər iki valideynlərini itirmişdir. Bu fakt insan hüquqlarına dair beynəlxalq sənədlərin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də “Uşaq hüquqları” haqqında BMT Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş uşaqların sağlam inkişaf etmək hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir.

Etmtv. news xəbər verir ki, Ermənistanın hücumlarından zərər çəkmiş uşaqların psixioloji sağlamlıqlarının bərpa edilməsinin zəruriliyi nəzərə alınaraq Müvəkkil xanım Səbinə Əliyevanın təşəbbüsü və “Briut” Tibb Mərkəzinin və “Abdiibrahim və Egis” farmakoloji şirkətinin dəstəyi ilə Gəncə şəhərinə hücum nəticəsində hər iki valideynlərini itirmiş uşaqlara və onların yaxınlarına psixioloji yardım həyata keçirilib.

Əsas məqsəd zərər çəkmiş uşaqların post-tramvatik stress mərhələsindəki psixioloji sağlamlıq durumlarının düzəldilməsinə yardım etmək və onlara normal həyata adaptasiya olunma istiqamətində dəstək verməkdən ibarət olmuşdur. Bu məqsədlə “Briut” Tibb Mərkəzinin rəhbəri Zeynəbxanım Səmədova, həmin mərkəzinin mütəxəssisi, klinik psixoloqu Təhmasib Cavadzadə və Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov tərəfindən hər iki valideyinlərini itirmiş uşaqlar-2 yaşlı Əliyeva Nilay Adil qızı, 3 yaşlı Şahnəzərli Xədicə Röyal qızı, 16 yaşlı Əliyeva Sevil Anar qızı və 8 yaşlı Əliyev Hüseyin Anar oğlu ilə, həmçinin onların yaxınları ilə görüşlər keçirilmiş, qeyd edilən şəxslərə mütəxəssislər tərəfindən ixtisaslaşmış psixoloji yardım göstərilmişdir, zəruri dərman preparatları təyin olunaraq verilmişdir.

Psixioloji yardımdan bəhrələnən uşaqların yaxınları onların vəziyyətini daim diqqətdə saxladığına görə Səbinə Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.