Jirinovski: Rus əsgəri ermənilər üçün niyə ölməlidir?-Dəlidən ağıllı söz!

Hansı əsasla Rusiya Federasiyasının ordusu, rus əsgəri ermənilərə yardım etmək üçün ölməlidir? Bizə ikinci Əfqanıstan lazım deyil.

Etmtv. news xəbər verir ki, bu sözləri RLDP-nın lideri Vladimir Jirinovski Rossiya 1 kanalında yayımlanan “Vladimir Solovyovla bazar axşamı” verilişindəki çıxışında deyib.

Onun sözlərinə görə, Ermənistan yalnız Rusiyanın tərkibinə daxil olduğu halda Moskva ona kömək edə bilər: “Yalnız bu halda bütün problemlər aradan qalxacaq”.

Onu da bildirək ki, Jirinovski bir həftə bundan əvvəl həmin verilişdə Türkiyənin xəritəsini tamaşaçılara göstərərək, bu torpaqların ermənilərə məxsus tarixi ərazilər olduğunu sübut etməyə çalışırdı. Sonrakı verilişlərdə də “Ərdoğan-Makron mübahisəsi”nə şərh verməyə və islam dininə sitayiş edənləri təhqir etməyə cəhd etmişdi. Çeçenistan prezidenti Ramzan Kadırovun və Rusiya ictimaiyyətinin bir çox üzvlərinin ona qarşı olan sərt çıxışlarından sonra bir az sakitləşdi və onun sözlərinin düz şərh olunmadığını bildirdi.

Necə deyərlər:- İngilis bayrağı kimi bir şeydi. Külək hara əssə, o da həmin səmtə çönəcək. Yəqin ki, onun ermənilərə qarşı yönələn bu dəfəki  fikirləri Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əldə etdiyi qələbələr ilə bağlıdır.

Faşist düşüncəli, çörəyi dizinin üstündə olan, daim sərsəm fikirləri ilə yadda qalan bu insan müsəlmanlara, xüsusilə də türklərə nifrət ruhunda çıxışları ilə məhşurdur. Belə də gəbərib gedəcək!

Amma yenə də dəlidən doğru xəbər var. Ermənilərin əli indi çox aşağıdı. Yanan və ələ keçirilən hərbi texnikaların yerini doldura bilməyən mənfur düşmən Jirinovskiyə “tula payı”nı vaxtlı-vaxtında çatdıra bilmir, deyəsən!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.