İş axtaranlar üçün yeni bir şans: “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədilə kommersiya banklarının icra etdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir.

 Layihədə aztəminatlı ailələrin üzvləri, məcburi köçkünlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslərlə yanaşı, şəhid ailəsi üzvlərinə də üstünlük verilir. Məqsəd aztəminatlı əhali qruplarının kiçik sahibkarlığa çıxışına şərait yaratmaqla gəlir imkanlarının artırılmasıdır.

Layihədən yararlanmaq üçün Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin məşğulluq layihələri üzrə vahid onlayn qeydiyyat sistemi (https://forms.gle/bJ4uBBB8fNPFeYyc9) olan “Layihələr üzrə müraciət forması”na daxil olaraq qeydiyyatdan keçmək olar. Layihəyə qoşulmaq üçün e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə də müraciət etmək mümkündür. 2020-ci il ərzində 1000 nəfər işsiz şəxs üçün bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması nəzərdə tutulub. Onlardan artıq bir hissəsinə banklar tərəfindən aktivlər verilib və bu proses davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.