Peşə təhsili üzrə pedaqoji heyətin İKT bilik və bacarıqları təkmilləşdirilir

Peşə təhsili pilləsi üzrə tədris aparan pedaqoji heyətin İKT üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər təşkil edilir.

Plana uyğun olaraq, İKT sahəsi üzrə 6 müxtəlif təlimin təşkili nəzərdə tutulub. Bu təlimlər MS Word, MS Powerpoint, MS Teams, Cisco, MS Excel, Kiber təhlükəsizlik və  Peşə Təhsili İnformasiya Sistemindən istifadə sahələrini əhatə edir.

Ümumilikdə, ilin sonunadək davam edəcək təlimlərdə 4200-ə qədər müəllim-pedoqoji heyətin iştirakı nəzərdə tutulur.

Peşə təhsili müəssisəsiləri üçün təşkil edilən təlimlər Sənayə və İnnovasiyalar üzrə  Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçiləri tərəfindən aparılır.

Ötən dövrdə MS Word,  MS Powerpoint və MS Teams proqramları üzrə təşkil edilmiş təlimlərə 1200-dən artıq  iştirakçı qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.