Suriyada yaraqlıların xlorlu mərmilərlə Hələb şəhərini atəşə tutması nəticəsində 100-ə yaxın insan xəsarət alıb.
“RİA Novosti” xəbər verir ki, artıq 73 nəfərə ilkin yardım göstərilib. Həkimlərin sözlərinə görə, xəstəxanaya yerləşdirilmiş dinc sakinlərdə boğulma müşahidə olunur.
Həkimlər simptomlara əsasən, atəşin həqiqətən xlordan istifadə edilərək açıldığı qərarına gəliblər. Tibb işçiləri zərərçəkmişlərə yardımları davam etdirirlər.
Daha əvvəl əl-Vatan qəzeti 65 nəfərin zəhərələndiyi barədə məlumat yaymışdı.