Məktəblərdə koronavirusdan necə qorunmalı? – Müəllimlər üçün xüsusi tövsiyələr

Yeni dərs ilində 6 aydan çoxdur bağlı qalan və onlayn təhsilə alışmış pedoqoji kollektiv məktəblərə, əvvəlki iş reijminə qismən də olsa qayıdacaq.

Nəzərə alsaq ki, koronavirusun gizli daşıyıcıları uşaqlardır o zaman müəllimlərin evdə olduqları kimi özlərini ciddi qoruması çətin olacaq.

Uşaqlar koronavirusu evdən, küçədən məktəbə daşıya bilər və əlbəttə ki, təhlükəsizlik tədbirlərinə əməl etmədikdə sinif yoldaşları və müəllimlərinə ötürə bilər. Uşaqlar koronavirusu yüngül, simptomsuz keçirir. Ona görə də məktəblərdə xüsusən orta yaşlı pedaqoqlar özlərinin müdafiəsi barədə daha çox düşünməlidirlər.

Medicina.az dünya üzrə mütəxəssislərin müəllimlərin özlərini məktəbdə, sinif otaqlarında koronavirus yoluxmaqdan qoruması üçün verdiyi tövsiyələri bir araya toplayıb.

1.Sinifdə dərs zamanı adi 40 qəpiklik tibbi maska yox, xüsusi filtrli N95 KN93 tipli maskalardan istifadə etməlisiz.

2.Eləcə də üzünüzü şəffaf ekranla bağlamalısız. Bu ekranlar hər 3 saatdan bir dezinfeksiya olunmalıdır.

3.Uşaqlarla istənilən təmasda ara məsafəsinin 2 metr olmasını təmin edin.

4.Əllərinizi jurnal, uşaqların kitabı, dəftərinə əlcəklə toxundurun.

5.Sinifdə yanınızda təmiz butul suyu olmalıdır və siz hər 1 saatdan bir su ilə boğazınızı yaxalamalı və su içməlisiz.

6.Uşaqların başı üzərində çox dayanmamalı, əllərinizi onların üzünə, burnuna, başına toxundurmamalısız.

7.Masanızı hər 45 dəqiqədən bir dezinfeksiya etməlisiz.

8.Adi maska hər 2 saatdan bir, N95 isə 10 saatdan bir dəyişməlidir.

9.Hər dəsrdən sonra əllərinizi isti su və sabunla yumalısız.

10.Hər 2 saatdan bir təmiz havaya çıxmalı və maskasız tənəffüs almalısız.

11.Sinif otaqlarının hər dərsdən sonra pəncərələri açılıb otaqlar havalandırılmalıdır.

12.Müəllimlər, sinif rəhbərləri uşaqların hər 1 saatdan bir əllərinin sabunla yuyulmasını təmin etməlidir.

13.Səhhətində azca da olsa nasazlıq hiss edən müəllim direktora şifahi məlumat verib, heç kimlə ünsiyyətdə olmadan məktəbi tərk etməli və dərsə gəlməməlidir.

14.Müəllimlər evə getdikdən sonra telefon, ayaqqabı, çanta dezinfeksiya olunmalı, geyimlər yuyulmalıdır.

Ümumiyyətlə pedoqoji kollektivin hər bir üzvünün hər 21 gündən bir koronavirus testi verməsi məqsədəuyğundur.

AYGÜN MUSAYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.