Prezident İlham Əliyevin ad günü münasibətilə 8-ci siniflər arasında bilik yarışı keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunu uğurla davam etdirən, yüksək intellektli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, Azərbaycanın çiçəklənməsi və davamlı inkişafı üçün var qüvvəsini əsirgəməyən Prezident İlham Əliyevin ad günü münsibətilə Mir Cəlal Paşayev adına Gəncə şəhər 39 nömrəli tam orta məktəbdə  8-ci sinif şagirdləri arasında bilik yarışı keçirilmişdir .  Bilik yarışmasına Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərindən ibarət komanda və bir qrup müəllim heyəti dəvət olunmuşdur.

Bilik yarışması Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı . Komandalara ümumi dünyagörüşü əks etdirən və məntiqə aid suallar verilmiş, hər düzgün cavab 5 balla qiymətləndirilmişdir .

Komandaların balları münsiflər heyəti tərəfindən hesablandıqdan sonra ümumi ballar elan olundu . Ən yüksək nəticə göstərən 3  komanda müvafiq mükafatlara layiq görüldü.

Bilik yarışlarının keçirilməsində məqsəd məktəblilərin intellektual fəaliyyətə cəlb olunması və onların asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.