Gəncədə 10-11-ci sinif şagirdləri arasında bilik yarışının yarım final mərhələsi keçirilib-( video)

Gəncə şəhərində 10-11 sinif şagirdləri arasında təbiət fənlərindən bilik yarışlarının yarımfinal mərhələsi keçirilib. Təhsil Nazirliyinin dəstəyi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqəsinin yuxarı sinif şagirdlərinin kimya, fizika, biologiya fənlərinə olan marağının artırılması məqsədilə ümumşəhər bilik yarışlarının təşkili layihəsi çərçivəsində yarışlara 300-dən çox şagird qatılıb. 46 müəllim isə ekspert kimi cəlb olunub. Yarımfinal mərhələsində 16, 17 və 26 nömrəli tam orta məktəblərin komandaları iştirak edib. Fənlər üzrə 5 sualın cavablandırılmasına 1 dəqiqə vaxt verilib, cavablar 10 ballıq sistemlə qiymətləndirilib. daha yaxşı nəticə göstərən 16 nömrəli tam orta məktəbin şagirdləri finala vəsiqə qazanıblar. Bilik yarışlarının son qarşılaşması gələn ilin fevralında olacaq.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.