Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsinin anım günü keçirilir.
Faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı yerli vaxtla 11: 00 etibarilə nümayişə başlayıb.
Qızıl Meydanda baş tutan mərasimdə 10 ölkə dövlət başçısı səviyyəsində iştirak edir: Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Milorad Dodik, Moldova Prezidenti İqor Dodon, Tacikistan rəhbəri Emomali Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev.
Mərasimdə Azərbaycanı Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Həmçinin, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti çıxış edir.
Qeyd edək ki, koronavirus pandemiyasına görə 9 mayda keçirilən parad 24 iyuna təxirə salınmışdı.