“Vikipediya”da aqrar mövzularda məqalələr zənginləşdiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil edilən onlayn “Vikipediya” təlimlərinə qoşulacaqlar.

Tələbələrdən ibarət könüllü komanda yaradılıb və mayın 20-dən onlayn təlimlərə start veriləcək.

Təlimlərin keçirilməsində məqsəd “Vikipediya”nın Azərbaycan dili bölməsində aqrar mövzularda məqalələr yaradılması və əsaslı redaktələr aparılması, bu sahədə məlumat bazasını zənginləşdirməkdir.

Könüllü komanda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərovun təşkilati dəstəyilə yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.