İnternet təlimlərin mövzu və prioritet istiqamətləri müəyyən olunaraq, Mərkəzin, habelə ölkəmizin digər ali təhsil və elmi müəssisələrin kadr potensialından istifadə edərək, yaranmış vəziyyətin xüsusiyyət və tələblərini nəzərə alaraq, konkret istiqamətlər üzrə adaptasiya olunmuş mühazirələr mədəniyyət işçilərinin diqqətinə təqdim olunur. Belə ki, ”Sosial izolyasiya çərçivəsində kitabxanaların fəaliyyət istiqamətləri”, “Evdə qal, sağlam qal, kitabla mənəvi inkişafa yol al!”, ”Müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə onlayn kitabxana-informasiya xidmətinin təşkili”, ”Mədəniyyət müəssisələrində informasiya texnologiyalarından istifadə qaydaları”, “Mədəniyyət sosial şəbəkələrdə”, “Rəqəmsal mədəniyyətin fəlsəfəsi”, “Yeni reallıq fərqli mədəni xidmətlər” və digər bu kimi aktual mövzuları əhatə edən mühazirələr mədəniyyət əməkdaşlarında müasir peşə təfəkkür və səriştələrinin formalaşmasına xidmət edir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağrışlarına cavab olaraq, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Mərkəz tərəfindən eyni zamanda sosial çarxlar hazırlanaraq sosial şəbəkələrdə yayımlanır. Belə ki, təkcə mədəniyyət işçiləri üçün deyil, bütün ölkə vətəndaşları üçün maarifləndirici elektron layihələr hazırlanaq yayımlanmaqdadır. Burada “Evda qal evdə yarat”, “Biz birlikdə güclüyük”, “Elektron Hökumət Portalından istifadə qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hərəkət qaydalarının sərtləşdirilməsi ilə bağlı qərara əsasən tətbiq edilən icazə qaydaları haqqında “Karantin dövrünün icazə qaydaları” adlı və digər bu kimi videomateriallar ölkə əhalisinə metodiki dəstək məqsədi ilə hazırlanmışdır.