Müəllimlər, tələbə və şagirdlər qərara əməl etməli və evdə qalmalıdırlar – Operativ qərargah

Nazirlər Kabinetinin sərəncamı ilə bütün təhsil və tədris müəssisələrində tədris dayandırılıb.

Etmtv. news Publika.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədli deyib.

Onun sözlərinə görə, insanlar bu məsələdə aktiv olmalıdırlar:

“Onlar diqqətli olmalıdırlar. Sərəncamlarla həyatın bütün situasiyalarına nəzarət etmək mümkün deyil. Müəllimlər, tələbə və şagirdlər qərara əməl etməli və evdə qalmalıdırlar”.

İ.Məmmədov bildirib ki, ictimaiyyət şayiələrə uymamalıdır:

“Rəsmi xəbərlər nə qədər də olsa, şayiələrə çatmır. İctimaiyyət şayiələrə yox, rəsmi məlumatlara əsaslanmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.