Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlara görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 13-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Siyəzən rayonunda, nazirin birinci müavini Vaqif Əliyev Quba rayonunda, nazir müavini Rafiq Bayramov isə Xaçmaz rayonunda vətəndaşlarla görüşüb.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin Siyəzən rayon Heydər Əliyev Mərkəzində Siyəzən və Şabran rayonlarından olan vətəndaşlarla görüşündə sakinlər tərəfindən “Yarat Müasir İncəsənət Məkanı” İctimai Birliyinin səyyar sərgisinin Siyəzəndə təşkili, Xalq teatrı tamaşalarının bölgələrdə nümayişi və aktyorların səhnə geyimləri ilə təmin olunması, Pirəbədil kəndində xalça festivalının keçirilməsi, Siyəzən rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi və eləcə də muzey əməkdaşlarının bölgədə aparılan arxeoloji qazıntılarda iştirakının təmin olunması ilə bağlı müraciətlər səsləndirilib.

Qəbulda həmçinin Siyəzən şəhər Uşaq incəsənət məktəbinin 30 illik yubileyinin qeyd edilməsi və məktəbə musiqi alətlərinin verilməsi, Şabran şəhərində Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı nazirə müraciət edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.