Cəlilabadda şagirdin döyülməsi ilə bağlı direktor əvəzi işdən çıxarıldı

Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktor əvəzi Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.

EtmTv.news xəbər verir ki, Təhsil Şöbəsindən Trend-ə verilən məlumata görə, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb.

Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.