Məktəblilərə virus infeksiyalarından qorunmaq yolları haqqında məlumat verilib

Bakının Xəzər rayonundakı 183 nömrəli  tam orta məktəbdə  koronavirusla  (COVID-19)  əlaqədar  maarifləndirici seminar keçirilib.

Etmtv. news AZƏRTAC -a istinadən xəbər verir ki, seminarda paytaxtdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova koronavirusun əlamətləri, onun yayılma formaları, virus və infeksiyalardan qorunma üsulları, profilaktik tədbirlər və riayət edilməsi vacib olan gigiyenik qaydalar haqqında iştirakçılara ətraflı məlumatlar verilib.

Məktəbin direktoru Rəhilə Abbasova, həmkarlar təşkilatının sədri Təranə Məmmədova, tibb bacısı Fəridə Əliyeva viruslardan qorunmaqda əl gigiyenasının, sağlam qidalanmanın əhəmiyyətini  qeyd edib və şagirdləri həkimin tövsiyələrinə əməl etməyə çağırıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.