Yardımlı rayonu Ə.H.Mirzəyev adına Honuba kənd tam orta məktəbinin kollektivi Xocalı soyqırımının 28-ci ildönümünü anıblar.
Etmtv. news AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Xocalı faciəsinin dəhşətləri haqqında söhbət açılıb və bu qanın yerdə qalmayacağı vurğulanıb. Qeyd olunub ki, hazırda Azərbaycanımızın güclü ordusu var və Qarabağ tezliklə düşmən tapdağından azad olunacaq.
Çıxış edən müəllimlər istər birinci Qarabağ savaşında, istərsə də Aprel döyüşlərində məktəbin məzunlarının da fəal iştirak etdiklərini və bu yolda məktəbin 3 yetirməsinin qəhrəmancasına şəhid olduğunu qeyd ediblər. Məktəbin şagirdləri qəhrəmanlarımızın yolu ilə addımlayacaqlarını əminliklə ifadə ediblər.
Daha sonra şagirdlər şeirlər söyləyiblər, bu faciənin qisasının alınacağı günün uzaqda olmadığına inandıqlarını qeyd ediblər.
Sonda müəllimlərin təşkilatçığı ilə şagirdlər fləşmob keçiriblər. Onlar bu gün müqəddəs “Xocalı” adını məktəbin həyətində yazsalar da, hamısı inanır ki, növbəti 26 fevralda bu soyqırımını Xocalının özündə anacaqlar.