Azərbaycanda bu televiziyanın kollektivi İSTEFA VERDİ

CVN internet televiziyasının 8 əməkdaşı işdən ayrılıb.

Etmtv. news  Mətbuat.az-a istinadən xəbər verir ki, bu sözləri televiziyasının əməkdaşı Günel Xəzəl sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, baş prodüserin əməkdaşlarla qeyri-insani rəftarı onları cana doydurub:

“Dünən CVN (Cavan) televiziyasının mən də daxil olmaqla, 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk etdik. Buna səbəb baş prodüser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub”.

Kanalın əməkdaşı bildirib ki, oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.