“Yol hərəkəti qaydaları ” ilə bağlı tədbir keçirilmişdir

Yol hərəkəti qaydaları xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur. Yol hərəkəti qaydalarını bilmək hər birimizin borcudur. Bunun üçün biz bu qaydaları məktəb yaşlarından bilməliyik.

Bu məqsədlə Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdləri arasında “Yol hərəkəti qaydaları ” ilə bağlı tədbir keçirilmişdir.  Məktəb rəhbərliyinin, müəllimlərin və ibtidai sinif şagirdlərinin  iştirak etdiyi tədbirdə  ibtidai sinif şagirdləri yol hərəkəti qaydaları ilə bağlı müxtəlif səhnəciklər hazırlamış, eləcə də mahnı və şeirlər səsləndirmişlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.