Naxçıvandan başlanan müqəddəs yol…

Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan MR-nın Ali Məclisinin Sədri seçilməsi ilə Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələ başladı.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin ən mühüm mərhələsi 1990-cı ilin iyul ayında doğma yurdu Naxçıvana qayıdışı ilə bağlıdır. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada on minlərlə Naxçıvanlının təkidi ilə Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələnin başlanğıcını qoydu. Bununla ölkəmizin milli dövlətçiliyinin əsaslarının yaradılması üçün mühüm qarşısıalınmaz siyasi proses start götürdü.
… Heydər Əliyev Naxçıvanda milli dövlətçiliyimizin bərpası və dövlət quruculuğu yönündə qətiyyətli, inadlı və inamlı geniş bir siyasi hərəkatın əsasını qoydu. Ulu öndərin qətiyyəti, hər şeydən üstün tutduğu milli dövlət maraqları, bu maraqların bərpası və qorunması istiqamətində atdığı tarixi addımlar Azərbaycanın addım-addım milli müstəqilliyinə qovuşdururdu.
… Ümummilli liderin qəbul etdiyi mühüm tarixi qərarlar Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanılması təmin olundu, Müstəqil Azərbaycan Ordusunun əsası qoyuldu.
… Heydər Əliyev 1991-ci ildə faktiki olaraq Azərbaycanın xarici siyasi-iqtisadi əlaqələrinin əsaslarını yaratmaqla müstəqil dövlətimizin xarici siyasət kursunu həyata keçirməyə başlamışdı. Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası da uzun illərdən sonra məhz Onun Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Dahi şəxsiyyətin Naxçıvanda bu istiqamətdə atdığı addımlar isə ölkəmizin digər ölkələrlə dinc, səmimi dostluq şəraitində əməkdaşlıq etməsinin əsasını qoymuşdu.
… Ümummilli liderimiz 1991-ci ildə milli birlik, milli ideyanı da dərinləşdirərək azərbaycanlıları bir ideya ətrafında toplamağa başladı. 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir.
… Azərbaycan tarixinin şərəf və qürur salnaməsi olan 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu öndər tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyulması ilə müstəqli Azərbaycanın milli dövlətçiliyin bərpası istiqamətində həlledici mərhələ başlandı…

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.